"Simurq" Zaqataladakı hazırlığını tamamladı

"Simurq" Zaqataladakı hazırlığını tamamladı
Futbol üzrə ölkə kubokunun 1/8 final mərhələsində Naxçıvanda "Araz"ın qonağı olacaq "Simurq" Zaqatala şəhər stadionunda növbəti məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, "Qarabağ"la oyundan sonra yetirmələrinə istirahət verməyən məşqçilər korpusu bu çalışmalarda əsasən taktiki və texniki tapşırıqlar veriblər. Fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət təmrinlər yerinə yetirildikdən sonra, toplu çalışmalara üstünlük verilib. Futbolçular mövqelərinə görə bölünərək, məşqçilər korpusunun tapşırıqlarını yerinə yetiriblər. Sonda isə iki qrup yaradılıb. Bir qrup kiçik qapılara ikitərəfli oyun keçirib, digəri isə qısa ötürmələr üzərində məşq edib.

Komanda oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi meydançada edəcək.

Qeyd edək ki, "Araz" - "Simurq" oyunu dekabrın 4-ü, saat 14:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com