"Yuventus"un canlı əfsanəsi 2 ay futbolla vidalaşdı!

"Yuventus"un canlı əfsanəsi 2 ay futbolla vidalaşdı!

İtaliyanın "Yuventus" futbol klubu ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, "qoca sinyora"nın canlı əfsanələrindən sayılan Andrea Pirlo, "Udenise" ilə keçirilən çempionat qarşılaşmasında aldığı ciddi zədə üzündən ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq. İtaliya klubunun rəsmi saytının açıqlamasında deyilir ki, bu barədə klubun həkimləri ilkin müayinədən sonra rəylərini açıqlayıblar. Klubun məlumatına əsasən, futbolçu sağ dizindən ciddi zədə alıb və müalicə prosesi təxminən 2 ay davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə