Felipe Melo və Sabrı Sarıoğlu açıqlama yayıblar

Səfərdə "Kasımpaşa" ilə qarşılaşmada, meydanda bir-birləri ilə mübahisə edən "Qalatasaray"ın iki futbolçusu,- Sabrı Sarıoğlu və Felipe Melo, mətbuatın qarşısına çıxaraq açıqlamalar veriblər. Siasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın kapitanı olan S.Sarıoğlu, F.Melo ilə meydanda sadəcə xırda narazıçılıq yaşadığını, bunu şişirtməyin əleyhinə olduğunu bildirib. Türkiyə mətbuatında bu məsələnin həddindən artıq şişirdildiyini deyən S.Sarıoğlu vəziyyətin belə olmadığını, sadəcə mətbuat tərəfindən şişirdildiyini dilə gətirib. F.Melo, komandanın kapitanı olaraq daima S.Sarıoğluna hörmət etdiyini deyərək, komandanın son iki ildəki uğurlarına birgə nail olduqlarını bildirib. F.Melo, "Qalatasaray" azarkeşlərinə üz tutaraq, onları daha da fəal olmağa, komandanı var gücləri ilə dəstəkləməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə