Georgi Çixradze komandanı İqor Getmana həvalə etdi

Georgi Çixradze komandanı İqor Getmana həvalə etdi

"Simurq" klubunun baş məşqçisi Georgi Çixradze Ukraynaya yolda düşüb. Siasport.az saytının məlumatına görə, gürcü mütəxəssis sabahdan etibarən Ukrayna Futbol Federasiyasının təşkil etdiyi "Pro" məşqçi kurslarında iştirak edəcək. 2009-cu ildə bu kateqoriyanı alan Çixradze lisenziyasının vaxtını artırmaq üçün seminarlara qatılacaq və dekabrın 5-də ölkəyə qayıdacaq.

Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində dekabrın 4-də "Araz"la oyuna isə "Simurq"u köməkçi məşqçi İqor Getman çıxardacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə