Ağdamın "Qarabağ" klubu tarixinin rekorduna imza atıb. Siasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasında ardıcıl 12-ci səfər matçında xal qazanıb. Zaqatalada "Simurq"la qolsuz heç-heçə edən ağdamlılar sonuncu dəfə məhz bu rəqibə uduzmuşdu. Bu il martın 12-də səfərdə "Simurq"a məğlub olan "Qarabağ" həmin vaxtdan rəqib meydanlarını xalsız tərk etmir. Son 12 səfər matçında 7 qələbə qazanan və 5 heç-heçə edən Q.Qurbanovun yetirmələri 1993/94 mövsümündəki rekordunu arxada qoyub. Həmin vaxt "Qarabağ" ardıcıl 11 səfər oyununda uduzmamışdı.
|
12.03.2013 |
Simurq (Zaqatala) - Qarabağ (Ağdam) |
1:0 |
|
07.04.2013 |
Neftçi (Bakı) - Qarabağ (Ağdam) |
1:2 |
|
21.04.2013 |
Bakı - Qarabağ (Ağdam) |
0:1 |
|
28.04.2013 |
Qəbələ - Qarabağ (Ağdam) |
0:2 |
|
09.05.2013 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
0:0 |
|
04.08.2013 |
İnter (Bakı) - Qarabağ (Ağdam) |
1:2 |
|
25.08.2013 |
Qəbələ - Qarabağ (Ağdam) |
0:1 |
|
13.09.2013 |
Rəvan (Bakı) - Qarabağ (Ağdam) |
1:1 |
|
28.09.2013 |
Neftçi (Bakı) - Qarabağ (Ağdam) |
0:0 |
|
20.10.2013 |
Sumqayıt - Qarabağ (Ağdam) |
0:3 |
|
27.10.2013 |
Xəzər Lənkəran - Qarabağ (Ağdam) |
0:3 |
|
09.11.2013 |
AZAL (Bakı) - Qarabağ (Ağdam) |
1:1 |
|
30.11.2013 |
Simurq (Zaqatala) - Qarabağ (Ağdam) |
0:0 |
Ümumilikdə isə Azərbaycan rekordu "Şəmkir"ə məxsusdur. Qərblilər ardıcıl 23 səfər matçını məğlubiyyətsiz tərk ediblər. "Kəpəz"in 19, "İnter"in 15 məğlubiyyətsiz səfər oyunu var. "Qarabağ"ın rekordu isə bu siyahıda 8-ci yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB