"Çelsi" ulduz futbolçusunu itirdi

"Çelsi" ulduz futbolçusunu itirdi

Londonun "Çelsi" futbol klubu ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində "Bazel"lə matçda zədələnən Samuel Eto’o, sən demə ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Kamerunlu hücumçunun yerinə London klubunda Fernando Torresin forma geyinəcəyi gözlənilir. Qeyd edək ki, "Çelsi" sabah Premyer Liqada "Sauzhempton"la qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə