Roberto Karlosun komandası məğlub oldu

Roberto Karlosun komandası məğlub oldu

Dünən futbol üzrə Türkiyə Superliqasında 13-cü turun oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, turun ilk oyun günündə Roberto Karlosun baş məşqçisi olduğu "Sivasspor" "Antalyaspor"u qonaq edib. Gərgin keçən qarşılaşmada "Sivasspor" rəqibinə 0:3 hesabı ilə məğlub olub. Digər bir qarşılaşmada isə səfərdə "Elazığspor"un qonağı olan "Bursaspor" 2:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, tura noyabrın 2-də keçiriləcək bir oyuna yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə