Bu gün Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Bakı" İnter"i qəbul edəcək. Siasport.az saytının məlumatına görə, "Bakı"nın baş məşqçisi Milinko Pantiç Bakı derbisi barədə fikirlərini açıqlayıb: "Mənə elə gəlir ki, bu, ilin ən çətin oyunu olacaq. "İnter" fərqli sistemlə çıxış edən, özünəməxsus üslubu olan çətin komandadır. Oyunlarına baxanda bütün mövqelərin "işlədiyi"ni görmək olar. Üstəlik, qol imkanlarından səmərəli istifadə edə bilirlər. Mən bu komandaya hörmətlə yanaşıram. Onlar indi yüksəlişdədilər. Baxmayaraq ki, çempionatın əvvəlində rəqib aşağı pillələrdə qərarlaşmışdı, indi "İnter"in tədricən üst mövqelərə qalxması onların həqiqətən də güclü olduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB