Yuri Syomin: "İkinci hissədə daha aşağı səviyyədə oynadıq"

Yuri Syomin: "İkinci hissədə daha aşağı səviyyədə oynadıq"

"İlk hissədə göstərdiyimiz oyundan və alınan nəticədən razı qaldım. Dinamik oyun göstərdik, yaxşı qol epizodlarımız oldu". Siasport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Rəvan"la oyundan sonra deyib. O, komandasının ikinci hissədə zəif oynadığını bildirib: "İkinci hissədə daha aşağı səviyyədə oynadıq, topa daha çox nəzarət etdik. Ötürmələrdə tələsirdik. Bəzən oyunçular uzun ötürmələr verilən mövqelərdə olmurdular, buna görə də çoxlu top itirdik. Dodo öz mövqeyində əla oynayır, rəqibdən çoxlu top aldı. Assis çoxdandır ki, əsas heyətdə yer almırdı. Fiziki cəhətdən hazırlıqsız olması oyunda özünü göstərdi".

Bütün xəbərlər Facebook səhifəmizdə