Vətənə borclarını vermək üçün hərbi xidmətə yollanmış "Xəzər Lənkəran" klubunun iki gənc futbolçusu Tərlan Qasımzadə və Kamran Abdullazadəyə güzəşt ediləcək. Ara-sıra milli komandaya dəvət olunan futbolçular I Divizionda çıxış edən MOİK klubuna göndəriləcək. Amma həmin futbolçular MOİK-də çıxış etməyəcəklər.
Belə ki, "Xəzər Lənkəran" oyunçularını icarə əsasında geri qaytaracaq. Siasport.az saytının məlumatına görə, bu barədə Futbol11.az saytına "Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib: "Bu məsələ demək olar ki, həllini tapıb. Hər iki oyunçu icarə əsasında geri gətiriləcək".
Qeyd edək ki, qapıçı Tərlan Qasımzadə və yarımmüdafiəçi Kamran Abdullazadə "Xəzər Lənkəran"ın yetirmələridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB