Futbol üzrə beynəlxalq dərəcəli hakim, veteran futbolçu Azad Mütəllimovun yubiley gecəsi keçiriləcək. Siasport.az saytının məlumatına görə, dekabrın 1-də saat 14:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisində yerləşən yeni kompleksdə media nümayəndələri ilə veteran futbolçular arasında yoldaşlıq görüşü keçiriləcək. Bu qarşılaşmanı Xəqani Məmmədov, Kərim Ağayev və Azad Hüseynov idarə edəcək. Ardınca saat 17:00-da tədbirin rəsmi hissəsi baş tutacaq. Mərasim Sumqayıt şəhərində yerləşən "Nurlan" şadlıq evində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB