"Bakı"nın futbolçuları əməliyyat olunublar

"Bakı"nın futbolçuları əməliyyat olunublar

"Bakı" futbol klubunun üzvləri Vadim Abdullayev və Əziz Quliyevin sağlıq durumu barədə raport açıqlanıb. Siasport.az saytının məlumatına görə, İstanbulda Acıbadem Fulya xəstəxanasının idman sağlığı mərkəzində əməliyyat olunan hər iki futbolçunun vəziyyəti normaldır.

Ortopediya və travmotologiya mütəxəssisi professor Ömər Faruk Taşer tərəfindən əməliyyat olunan Vadim Abdullayevin 3 aydan sonra yaşıl meydanlara dönə biləcəyi bildirilir. Vadim sağ menisk əməliyyatı olunub.

Eyni nahiyədən əməliyyat olunan Əziz Quliyevin 1 ay sonra məşqlərə başlaya biləcəyi təxmin edilir. Bu barədə məlumatı professor Ömər Faruk Taşer verib.

Bütün xəbərlər Facebook səhifəmizdə