”Xəzər Lənkəran” - AZAL: prevyu

”Xəzər Lənkəran” - AZAL: prevyu

"Xəzər Lənkəran" klubu bu həftə doğma meydanda AZAL-ı qəbul edəcək. Siasport.az saytı klubun rəsmi saytının yayımladığı statistikanı təqdim edir:

Ən çox məğlub edilən rəqib

AZAL bütün yarışların statiskasına görə, "Xəzər Lənkəran"ın ən çox məğlub etdiyi komandadır. Belə ki, bu rəqibə qarşı keçirilmiş 15 oyundan "Xəzər Lənkəran" qalib hesabla ayrılıb.

Ölkə birinciliyində bu komandalar arasında 2005-ci ildən bəri 21 oyun baş tutub. 13 çempionat matçında qələbə qazanan "Xəzər Lənkəran" 4 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Ümumi top fərqi isə 28:13-dür.

Lənkəranda baş tutan 10 oyunda 6 qələbə, 3 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Doğma divarlar arasında "Xəzər Lənkəran"ın vurduğu qolların sayı isə rəqibin vurduğu qolları ikiqat üstələyir – 14:7.

"Xəzər Lənkəran" - "Olimpik-Şüvəlan" 2:1 (10.12.2009). Bir il sonra bu komanda Lənkərana yeni adla gəlib.

Hazırkı mövsüm

Hər iki komandanın bu mövsüm göstəriciləri ürəkaçan deyil. Son 6 tura nəzər salsaq, "Xəzər Lənkəran"da 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət, AZAL-da isə 4 heç-heçə və 2 məğlubiyyət var.

"Xəzər Lənkəran"ın bu çempionatda məğlub etdiyi üç rəqibdən biri də məhz "təyyarəçilər"dir. 7-ci turda "AZAL Arena"da keçirilən oyun 3:1 hesabı ilə "Xəzər Lənkəran"ın xeyrinə başa çatıb.

AZAL-ın çempionatda son qələbəsi isə daha əvvəl - 5-ci turda baş tutub. Səfərdə "Qarabağ"ı məğlub etməklə ardıcıl 4-cü qələbəsini qazanmış paytaxt klubu o gündən qələbə qazana bilmir.

Digər məqamlar

AZAL-a qarşı birinci dövrədə keçirilmiş oyun həmçinin "Xəzər Lənkəran"ın geridə qalan 14 tur ərzində hesabı açdığı yeganə qarşılaşmadır.

Braziliyalı Deyvid Sakkoni 3-cü dəqiqədə AZAL-ın qapısıdan "Xəzər Lənkəran"ın formasında ilk və hələ ki, yeganə topunu keçirməklə, həm də bu mövsüm "Xəzər Lənkəran"ın vurduğu ən tez qolun müəllifi olub.

Ağabala Ramazanov və Uğur Pamuk tam olaraq komanda ilə birlikdə hazırlıqda iştirak ediblər. Həmçinin Adrian Pit də uzun fasilədən sonra əsas heyətlə məşqə çıxıb.

"Xəzər Lənkəran" – AZAL.

30 noyabr, saat 17:00,

"Xəzər Lənkəran" Mərkəzi Stadionu.

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня