19 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çartdırır:
Talat Tuncel (Türkiyə yığmasının baş məşqçisi): "Azərbaycanda olmaqdan böyük məmnunluq hissi duyuruq. Yüksək səviyyədə qonaqpərvərliyə görə təşəkkür edirik.
İlk oyunda başabaş mübarizə getdi. İkinci qarşılaşmada isə mübarizə əsasən meydanın rəqibə aid hissəsində keçdi. Qol vurmaqda çətinlik çəkirik. Sonda standart vəziyyətdən fərqləndik. Aprel ayında Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacağımız üçün yaşca böyük futbolçuların xidmətindən yararlanmağa məcbur olduq.
Bu oyunlar hər iki komanda üçün yaxşı hazırlıq idi. Azərbaycan yığmasını bəyəndim. Azərbaycan və Türkiyə qadın futbolunda inkişafda olan ölkələrdir".
Patrisia Qonzales (Azərbaycan yığmasının baş məşqçisi): "Hər iki oyunda qeydə alınan nəticələri qənaətbəxş hesab edirəm. Yeni komanda formalaşdırmışıq. İki oyunda bir qol vurduq. Əslində, oyunlar hesaba görə olmadı. Türkiyə millisi həm fiziki, həm də texniki cəhətdən bizdən üstün idi. Bildiyiniz kimi, bizdə U-19 liqası yeni yaradılıb. Buna görə futbolçuların fiziki hazırlığı yüksək səviyyədə deyil. Heyətimiz əsasən 1996-97-ci il təvəllüdlü futbolçulardan qurulub. Türkiyə yığması isə elit-raunda hazırlaşdığından heyətində 1995-ci il təvəllüdlü futbolçular vardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB