"Monako" "Yuventus"un baş məşqçisinə "elçi düşüb"

"Monako" "Yuventus"un baş məşqçisinə "elçi düşüb"

Fransanın "Monako" futbol klubu ilə bağlı Avropa mətbuatında yeni bir iddia gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, son bir neçə il ərzində həyata keçirdiyi səs-küylü transferləri ilə dünya futbolunun diqqətində olan "Monako", indi də "Yuventus"un baş məşqçisi Antonio Konteni fransız klubunun baş məşqçi kimi görmək istəyir. İtaliya mətbuatının iddiasına görə, fransızlar A. Konteni komandanın baş məşqçisi olaraq heyətə cəlb etmək üçün artıq italyan klubu ilə danışıqlara başlayıblar. Belə ki, fransız klubunun menecerlərinin məxvi olaraq "qoca sinyora" rəhbərliyi ilə artıq ilk müzakirələr keçirdikləri də verilən məlumatlar arasındadır. Məlumatda deyilir ki, "Yuventus" rəhbərliyi bu məsələyə yalnız gələn ilin may ayında baxmağa hazır olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə