“Rəvan” “Qəbələ” ilə oyuna hazırlığı bitirdi

“Rəvan” “Qəbələ” ilə oyuna hazırlığı bitirdi

"Rəvan" klubu Topaz Premyer Liqasının 15-ci turunda "Qəbələ"ni qəbul edəcək. Siasport.az saytının məlumatına görə, sabah keçiriləcək oyun öncəsi komanda son məşqini edib və qarşılaşmaya hazırlığı bitirib.

Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən məşq "Bayıl Arena"da baş tutub. Futbolçular isinmə hərəkətlərindən sonra yüngül məşqlə kifayətləniblər. Yetirmələrini dar sahədə ötürmələr üzərində çalışdırdıqdan sonra baş məşqçi ənənəvi "kvadratlar"a və qapıya zərbələrə də vaxt ayırıb.

Qeyd edək ki, "Rəvan" - "Qəbələ" oyunu sabah saat 19:00-da başlayacaq. "Bayıl" stadionunda keçiriləcək qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə