Püşk Azərbaycan yığmasını Ermənistan komandası ilə rəqib etdi

Püşk Azərbaycan yığmasını Ermənistan komandası ilə rəqib etdi

Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 4-cü qrupda Slovakiya, Macarıstan və Ermənistan komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə