Şahmat üzrə kişilər arasında Azərbaycan Çempionatının ilk (birinci dəstə) turu başa çatıb. Siasport.az saytının məlumatına görə, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışda birinci turdan sonra 13 nəfərin aktivində bir xal var.
Qeyd edək ki, çempionatda birinci yeri tutan şahmatçı yüksək dəstədə oynamaq hüququ qazanacaq. İkinci yeri tutan idmançı isə yüksək dəstəyə birinci namizəd hesab ediləcək. Birinci-dördüncü yerlərin sahibləri Şahmat Federasiyası tərəfindən mükafatlandırılacaq.
Çempionat İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir və dekabrın 5-də başa çatacaq. Yarışda ümumilikdə 28 zəka sahibi qüvvəsini sınayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB