U-17-nin rəqibləri müəyyənləşib

U-17-nin rəqibləri müəyyənləşib

Bu gün İsveçrənin Nyon şəhərində 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 10-cu qrupda Belçika, İsveçrə və Bosniya və Herseqovina komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2014-cü il oktyabrın 23-dən 28-dək Belçikada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə