Aleksandr Jukov: "Azərbaycanın paytaxtı artıq Avropa Oyunlarına hazırdır"
Rusiyanın Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Avropa Olimpiya Komitələrinin Romada keçirilmiş 42-ci Baş Assambleyasının yekunlarını şərh edərkən 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatından da danışıb. Siasport.az saytının məlumatına görə, o, paytaxtımızın oyunlara artıq hazır olduğunu qeyd edib: "Assambleyada çox maraqlı təqdimatlar, o cümlədən 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı oldu. Azərbaycanın paytaxtı artıq bu oyunlara hazırdır: yeni stadionlar tikilib və belə güman etmək olar ki, I Avropa Oyunları müvəffəqiyyətlə keçəcək. Hələlik proqramda idmanın bütün növləri əks olunmayıb, lakin biz orada olimpiya proqramına daxil olmayan idman növlərini - çimərlik futbolu, karate və başqalarını görəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB