"Xəzər Lənkəran" ikitərəfli oyun keçirib FOTOSESSİYA

"Xəzər Lənkəran" ikitərəfli oyun keçirib FOTOSESSİYA

Noyabr 30-da öz meydanında AZAL-ı qonaq edəcək "Xəzər Lənkəran" bazasında məşqlərini davam etdirir. Siasport.az saytının məlumatına görə, Covanni Melkiorrenin rəhbərliyi altında hazırlıq keçən komanda dünən axşam məşqini ikitərəfli oyunla tamamlayıb. Əvəzedici heyətdən də iki futbolçunun qatıldığı oyun hər biri 30 dəqiqə olmaqla, iki hissə davam edib və futbolçular əsasən taktiki göstərişləri yerinə yetirməyə çalışıblar. Hazırda komandada iki futbolçunun yüngül zədəsi var. Bunlar Ağabala Ramazanov və Uğur Pamukdur. Adıçəkilən futbolçular fərdi olaraq məşqlərini davam etdirirlər.

Axşam məşqindən çəkilən fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə