Roberto Mançini yenə iddialı danışdı

Roberto Mançini yenə iddialı danışdı

Bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsində Madrid "Real"ı ilə qarşılaşacaq "Qalatasaray", meydana yalnız qələbə üçün çıxacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə oyunöncəsi açıqlamasında İstanbul klubunun baş məşqçisi Roberto Mançini bəyan edib. İtalyan mütəxəssis bildirib ki, "Real" (Madrid) keçən il olduğu kimi bu mövsüm də çox güclüdür: "Onlara rəqib olmaq hər zaman çətindir. İlk məğlubiyyəti unutmuşuq. Bu matç bizim üçün çox önəmlidir. Bura qələbə qazanmaq üçün gəlmişik." İtaliyalı mütəxəssis Madrid klubu ilə matçın onlarını turnirdəki taleyini həll edəcək qarşılaşma hesab etməyib. Bu səbəbdən də o, məğlub olsalar belə şanslarının hələ də qalacağını bildirib: "Çünki ən əsas "Yuventus"la oynayacağımız qarşılaşma olacaq. Həmin oyun mütləq qazanmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə