Dünən axşam futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Bazel"ə 0:1 hesabı ilə məğlub olan Londonun "Çelsi" futbol klubunun baş məşqçisi Joze Mourinyo, maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, daima qeyri-adi hərəkətləri və açıqlamaları ilə gündəmə gələn portuqaliyalı futbol mütəxəssisi, yenə də ənənəsinə sadiq qalıb. Belə ki, J.Mourinyo komandasının səfərdə məğlub olmasını təbii qarşıladığını, məğlubiyyətə əsas verən bərbad oyun oynadıqlarını dilə gətirib: "Həqiqət ondan ibarətdir ki, "Çelsi" oyunu pis keçirdi və bu məğlubiyyəti haqq etdi. Komandamın birinci dəqiqədən sərgilədiyi oyun məni qane etmədi. Müdafiədə səhvlərə yol verdik. Yalnız ikinci hissədə müəyyən qədər təşəbbüsü ələ ala bildik. Düşünürəm ki, millidən qayıdan futbolçularım yorğun idi".Qeyd edək ki, səfərdə "Bazel"ə 0:1 hesabı ilə uduzan "Çelsi" qrup liderliyini qoruyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB