UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, "Bazel" doğma meydanda "Çelsi"ni 1:0 hesabı ilə məğlub edib. Bu, Joze Mourinyonun komandasının bu mövsüm "Bazel" qarşısında ardıcıl ikinci məğlubiyyətidir.
Alamniyanın "Borussiya" futbol klubu isə, öz meydanında İtaliya "Napoli"sini qəbul edib. Olduqca gərgin keçən qarşılaşmada meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər. London "Arsenal"ı öz meydanında Fransa "Marsel"ini 2:0 hesabı ilə məğlub edib.
Gecənin əsas sensasiyalı nəticəsi isə Hollandiyada qeydə alınıb. Belə ki, burada yerli "Ayaks" klubu öz meydanında "Barselona"nı qəbul edib. Leonel Messinin yoxluğunda katalon klubu "Ayaks"la bacarmayıb. Meydan sahibləri adlı-sanlı rəqib üzərində 2:1 hesablı qələbəyə seviniblər.
Bundan başqa, "Milan" səfərdə "Seltik"i məğlub edib, "Styaua" "Şalke" ilə, "Zenit" "Atletiko" ilə, "Porto" "Avstriya" ilə sülh bağlayıb.
26 noyabr
Çempionlar Liqasının qrup mərhələsi, V tur
E qrupu
23:45. "Bazel" (İsveçrə) - "Çelsi" (İngiltərə) - 1:0
Qol: Salah, 87 (1:0)
23:45. "Styaua" (Rumıniya) - "Şalke" (Almaniya) - 0:0
F qrupu
23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Napoli" (İtaliya) - 3:1
Qollar: Reus, 10 (1:0), Blaşukovski, 60 (2:0), İnsiqne, 71 (2:1), Obemeyanq, 78 (3:1)
23:45. "Arsenal" (İngiltərə) - "Marsel" (Fransa) - 2:0
Qollar: Vilşer, 1 (1:0), 65 (2:0)
G qrupu
21:00. "Zenit" (Rusiya) - "Atletiko" (Madrid, İspaniya) - 1:1
Qollar: Adrian Lopez, 53 (0:1), Alderveyreld, 74-avtoqol (1:1)
23:45. "Porto" (Portuqaliya) - "Avstriya" (Avstriya) - 1:1
Qollar: Kienast, 11 (0:1), Martinez, 48 (1:1)
H qrupu
23:45. "Seltik" (Şotlandiya) - "Milan" (İtaliya) - 0:3
Qollar: Kaka,13 (0:1), Zapata, 49 (0:2), Balotelli, 60 (0:3)
23:45. "Ayaks" (Hollandiya) - "Barselona" (İspaniya) - 2:1
Qollar: Serero, 19 (1:0), Hoesen, 42 (2:0), Xavi-pen. 49 (2:1)
Qırmızı vərəqə: Veltman, 48 ("Ayaks")
27 noyabr
A qrupu
23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Sosyedad" (İspaniya)
23:45. "Bayer" (Leverkuzen) - "Mançester Yunayted" (İngiltərə)
B qrupu
23:45. "Yuventus" (İtaliya) - "Kopenhagen" (Danimarka) B qrupu
23:45. "Real" (Madrid, İspaniya) - "Qalatasaray" (Türkiyə)
C qrupu
23:45. "Anderlext" (Belçika) - "Benfika" (Portuqaliya)
23:45. PSJ (Fransa) - "Olimpiakos" (Yunanıstan)
D qrupu
21:00. CSKA (Moskva, Rusiya) - "Bavariya" (Almaniya)
23:45. "Mançester Siti" (İngiltərə) - "Viktoriya" (Çexiya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB