Mario Souza Joze Mourinyo ilə görüşü barədə danışdı

Mario Souza Joze Mourinyo ilə görüşü barədə danışdı
"Xəzər Lənkəran"ın seleksiyaçısı Mario Souza Joze Mourinyo ilə görüşü barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, bu görüşün vacib hadisə olduğunu qeyd edib: "Əlbəttə, bu çox vacib bir hadisə oldu. Görüşün vasitəçisi keçmiş futbolçu, hazırda agent fəaliyyəti ilə məşğul olan məşhur Derley oldu. O, "Portu"da Jozenin rəhbərliyi altında çıxış edib və indi də əla münasibətləri var. Qaldı mənimlə Derleyin münasibətimizə, biz onunla uşaqlıq dostlarıyıq.

Komandanı bu səviyyədə təmsil etdiyim üçün çox qürurluyam. Derley artıq "Xəzər Lənkəran" haqqında geniş və tam təsəvvürə malikdir. Onunla komanda haqqında, burada oynaya biləcək oyunçular barəsində daim fikir mübadiləsi aparırıq. Mourinyo ilə görüş əsnasında da "Xəzər Lənkəran" haqqında ayrıca söhbət etdik, öz işim barədə ətraflı məlumat verdim.

Ötən ay Cənubi Amerika ölkələrində oyunları izləyib, klub rəhbərləri ilə görüşlər apardım. Qısamüddətli London səfərindən sonra isə Portuqaliyadayam. Zon Saqreş Liqasının bir neçə oyununda olacağam. Gedəcəyim oyunların siyahısını hələ Braziliyada olduğum müddətdə hazırlamışam. Bu ölkədə də görüşlərim olacaq. Bilavasitə klub işləri ilə bağlı görüşlərlə yanaşı, dünyanın bir nömrəli futbol agenti Jorje Mendeşlə də söhbətimiz olacaq. Həftənin sonunda isə artıq San Paoloda olmalıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com