"Xəzər Lənkəran" futbol klubunun braziliyalı seleksiyaçısı Mario Souza, cənub təmsilçisinin rəsmi saytına maraqlı açıqlama verib. Siasport.az saytı xəbər verir ki, bundan əvvəl cənub klubunun uğurları üçün futbolçu olaraq çalışan braziliyalı, indi komandanın seleksiya işləri ilə məşğuldur. O, hazırda Londonun "Çelsi" futbol klubunun baş məşqçisi olan Joze Mourinyo ilə görüşü barədə fikirlərini açıqlayıb: Onunla görüşümüz çox vacib bir hadisə oldu. Görüşün vasitəçisi keçmiş futbolçu, hazırda agent fəaliyyəti ilə məşğul olan məşhur Derley oldu. Derley "Porto"da Jozenin rəhbərliyi altında çıxış edib və indi də onunla əla münasibətləri var. O ki qaldı mənimlə Derleyin münasibətimizə, biz onunla uşaqlıq dostlarıyıq. Komandanı bu səviyyədə təmsil etdiyim üçün çox qürurluyam. Derley artıq "Xəzər Lənkəran" haqqında geniş və tam təsəvvürə malikdir. Onunla komanda haqqında, burada oynaya biləcək oyunçular barəsində daim fikir mübadiləsi aparırıq. Mourinyo ilə görüş əsnasında da "Xəzər Lənkəran" haqqında ayrıca söhbət etdik, öz işim barədə ətraflı məlumat verdim".
Hazırda Portuqaliyada olan seleksiyaçı yerli klubların qarşılaşmalarını izləyir: "Ötən ay Cənubi Amerika ölkələrində oyunları izləyib, klub rəhbərləri ilə görüşlər apardım. Qısamüddətli London səfərindən sonra isə Portuqaliyadayam. Zon Saqreş Liqasının bir neçə oyununda olacam, gedəcəyim oyunların siyahısını hələ Braziliyada olduğum müddətdə hazırlamışam. Bu ölkədə də görüşlərim olacaq. Bilavasitə klub işləri ilə bağlı görüşlərlə yanaşı, dünyanın bir nömrəli futbol agenti Jorje Mendeşlə də söhbətimiz olacaq. Həftənin sonunda isə artıq San Pauluda olmalıyam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB