"Sumqayıt" "Neftçi" ilə oyunun hazırlığına başlayıb

"Sumqayıt" "Neftçi" ilə oyunun hazırlığına başlayıb

Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında "Neftçi"ni qəbul edəcək "Sumqayıt" futbol klubu 1 günlük istirahətin ardından məşqlərə start verib. Siasport.az saytının məlumatına görə, Aqil Məmmədovun komandası Sumqayıtda növbəti məşqinə çıxıb. İki həftədir zədəli olan müdafiəçi Bəxtiyar Həsənalızadə artıq kollektivə qoşulub. Ruslan Nəsirli də artıq komanda ilə birlikdə hazırlaşır.

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" oyunu noyabrın 30-da Sumqayıtdakı yeni meydançada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə