Azərbaycan samboçuları dünya çempionatında iki medal qazanıblar

Azərbaycan samboçuları dünya çempionatında iki medal qazanıblar

Sankt-Peterburqda sambo üzrə dünya çempionatı başa çatıb. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycan yığması iki bürünc medal qazanıb. Çempionatın son günündə fəxri kürsünün üçüncü pilləsinə Cavidan Qarayev (62 kq) qalxıb. Bir gün əvvəl isə İslam Qasımov (57 kq) 3-cü nəticə göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə