Qvardiola "Bavariya"da satqın axtarır

Qvardiola "Bavariya"da satqın axtarır

Almaniyanın "Bavariya" futbol klubunun baş məşqçisi Xosep Qvardiola, komandada satqın axtarışına çıxıb. Siasport.az saytı xəbər verir ki, X.Qvardiolanı özündən çıxaran isə, onun taktiki fikirlərini jurnalistlərə bildirən "Bavariya"nın futbolçularından biridir. Məlumata əsasən təcrübəli mütəxəssis, bu futbolçu ilə hesablaşmaq və onu "satan" futbolçunun müqaviləsini dayandırmaq niyyətindədir. Məsələ burasındadır ki, X.Qvardiolanın taktiki sxemi futbolçulardan birinin əli ilə Almaniya mətbuatına da sızıb. Daha əvvəl Almaniyanın "Bild" qəzeti milli çempionatın 13-cü turu çərçivəsində "Borussiya" ilə (3:0) oyundan əvvəl baş məşqçinin taktiki sxemini dərc etmişdi. X.Qvardiola qeyd edib: "Satqının kim olduğunun mənim üçün fərqi yoxdur. Mən onun "Bavariya"dan getməsini istəyirəm. O heç vaxt mənim komandamda oynamayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə