"Xəzər-Lənkəran" klubunun keçmiş baş məşqçisi Con Benjamen Toşak hələ Azərbaycandadır və çox güman ki, bu gün Bakını tərk edəcək. Siasport.az saytı xəbər verir ki, cənub təmsilçisinin keçmiş çalışdırıcısı bu gün bütün işlərini qaydasına salandan sonra axşam saatlarında paytaxtı tərk edəcək. Toşak artıq "Xəzər-Lənkəran" rəhbərliyi ilə görüşüb və vidalaşıb. Onunla birgə yaxınları da Bakını tərk edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB