Futzal üzrə UEFA Kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu "Araz" qrupda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Siasport.az saytının məlumatına görə, təmsilçimiz əsas seçmə mərhələdə son oyununu Portuqaliyanın "Sportinq" klubuna qarşı keçirib. Portuqaliyanın Almada şəhərindəki "Complexo Municipal dos Desportos" İdman Kompleksində keçirilmiş qarşılaşma 6:3 hesabı ilə "Araz"ın xeyrinə başa çatıb. Təmsilçimizin heyətində Fabiona het-trik edib. Hərəyə bir dəfə Vitali Borisov, Amadeu və Felipe fərqlənib.
Xatırladaq ki, "Araz" əsas seçmə mərhələnin ilk oyununda Hollandiyanın "Eyndhoven" komandasına 6:3, ikinci qarşılaşmada isə Macarıstanın "Qyor ETO" klubuna 5:0 hesabı ilə qalib gəlmişdi.
"Barselona" (İspaniya), "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan) və "Araz"ın mübarizə aparacağı "Dördlər finalı" 2014-cü ilin aprel ayında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB