Bakı 2015 Avropa Oyunlarının loqosu haqqında
Siasport.az saytının məlumatına görə, 35 yaşlı azərbaycanlı Adəm Yunisovun tərtib etdiyi Bakı 2015 loqosu ölkəmizin qədim və müasir mədəniyyət və səylərini formalaşdırmış 5 başlıca elemeti bir araya gətirir:
Xalı: UNESCO-nun 2010-cu il Bəşəriyyətin Qeyri-Maddi Mənəvi İrsinin Nümunələrinin Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti ölkənin əksər xalçaçılıq bölgələrində şifahi və əməli şəkildə nəsildən-nəslə ötürülən ailə ənənəsidir. Loqonun bu elementi Bakı-2015 planlarına xas olan mədəni irsin, müxtəlifliyin və yaradıcı ifadənin vacibliyi kimi prinsipləri əks etdirir.
Alov: Azərbaycan "Odlar Yudu" kimi tanınıb. Bakının hər yerindən görünən və alov dillərinin hərəkətini əks etdirən LED ilə örtülmüş Alov Qüllələri və dan yeri ağaranda yerin təkindən çıxan təbii qazla alovlanan Yanar Dağ dünyanın hər yerindən turistləri cəlb edir və ziyarətçilərin sayı ötən 10 illik ərzində 3 dəfə artıb. Bu element Bakının Avropa Oyunlarına ev sahibliyi etmək üçün alışıb-yanan ambisiyasını əks etdirir.
Dalğa: Dəniz səviyyəsindən 28 m aşağıda yerləşmiş Bakı dünyanın ən alçaq nöqtəsində yerləşən paytaxt şəhəridir. Bu şəhər həmçinin, dünyanın ən böyük gölü kimi tanınan Xəzər dənizinin içərilərinə nüfuz edən Abşeron yarımadasının cənub sahilində yerləşir. Bakı Limanı dünyanın ən böyük dəniz limanı olub, tarixi 1902-ci ildən başlayır. Hazırda Azərbaycan paytaxtının unikal coğrafi mövqeyi onun iqtisadi, sosial və mədəni inkişafına təkan verir. Bu element şəhərin Xəzər dənizinin sahili boyu şərq-qərb oxu üzrə dinamik inkişafının və qitədə idmanın gələcəyini formalaşdıracaq Avropa Oyunları üçün yeni dalğa konsepsiyasının rəmzidir.
Simurq quşu: Xoşməramlı, əfsanəvi Simurq quşu yerlə göy arasında vəhdətin rəmzi hesab edilib, hər ikisi arasında vasitəçi və müjdəçi rolunu oynayır. Bu element Azərbaycan xalqının təbiətlə bağlılığının, onların 2015-ci ildə atlet, azarkeş və rəsmiləri qarşılayarkən göstərəcəkləri mehribanlıq və qonaqpərvərliyin rəmzidir.
Nar: Azərbaycanda məşhur olan meyvə və irs kimi nar əzəldən bərəkət və bolluğun rəmzi olub. Loqonun bu beşinci elementi Bakı-2015-in avropalıları idman sahəsində bir araya gətirmək və gələcək nəsillər üçün miras qoymaq ambisiyasını təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB