Bu gün Romada keçirilən Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyası işini başa çatdırıb. Siasport.az saytının məlumatına görə, tədbirin son günü "Bakı - 2015" Avropa Oyunlarının təqdimatı da keçirilib. Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin iyununda Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi loqosunu təqdim edib.
Azad Rəhimov çıxışında bildirib ki, xalqımız ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur. "Bizim loqomuz xalqımızın idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətimizi, ölkəmizin idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB