“Baku World Challenge”nin sərbəst sürüş üzrə yarışlarında ilk gün 4 avtomobil qəzaya uğrayıb

“Baku World Challenge”nin sərbəst sürüş üzrə yarışlarında ilk gün 4 avtomobil qəzaya uğrayıb

"Baku World Challenge"nin sərbəst sürüş üzrə yarışlarında ilk gün 4 avtomobil qəzaya uğrayıb. Siasport.az saytının məlumatına görə, qəzaya uğramış avtomobillərin 1-i "Mercedes", 2-i "Audi" və 1-i "Corvette"dir. Qəza zamanı "Audi" markalı avtomobillərdən birində yanğın baş verib, lakin alovun qarşısı dərhal alınıb. Pilot vaxtında avtomobili tərk etdiyindən xəsarət almayıb.
Xatırladaq ki, yarışda 14 beynəlxalq komanda və 30 avtomobil iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə