“Baku World Challenge”nin sərbəst sürüşlər üzrə yarışları başlayıb

“Baku World Challenge”nin sərbəst sürüşlər üzrə yarışları başlayıb

Bu gün Bakıda FİA GT Series-in final mərhələsi - "Baku World Challenge"nin sərbəst sürüşlər üzrə yarışları başlayıb. Siasport.az saytının məlumatına görə, yarış iki gün davam edəcək.

Qeyd edək ki, çempionat ötən il Bakıda keçirilmiş "City Challenge"dən xeyli fərqlənir. "City Challenge" şou xarakterli olsa da, bu yarış FİA-nın rəsmi tədbiridir. Azərbaycanda keçirilən yarış bu çempionatın sonuncu mərhələsidir. Bundan əvvəl Fransa, Belçika, Hollandiya, Slovakiya və İspaniya mərhələləri keçirilib. Yarışda 14 beynəlxalq komanda və 30 avtomobil iştirak edir.
Çempionatda "Ferrari", "Mclaren", "Audi", "Mercedes", "Corvette", "Lamborghini", "Porsche", "Nissan" kimi markaların mübarizə aparır.

FİA GT seriyası yarışları Xəzər dənizi boyunca yaradılmış 4 kilometrlik, dünyanın ən hündür bayraqlarından biri yerləşən Dövlət Bayraq Meydanı ətrafından, həmçinin "Crystal Hall"ın yanından ötərək yarış dairəsi üzrə keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə