Avropa Oyunlarının loqosu təqdim olundu FOTO

Avropa Oyunlarının loqosu təqdim olundu FOTO

Bu gün Bakı 2015 Avropa Oyunlarının loqosu təqdim olunub. Siasport.az saytının məlumatına görə, təqdimetmə mərasimi Bakı ilə eyni zamanda Roma və Madriddə də təşkil olunub. Gənclər və idman naziri Azad Rəhimov Romadakı tədbirdə iştirak edib.

Bakıda təşkil olunmuş təqdimetmə mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftihəddinova, Namiq Abdullayev, loqonun tərtibatçısı Adəm Yunisov və digər rəsmi şəxslər iştirak ediblər.

Öncə ölkəmizin tanıtım videoçarxı nümayiş olunub. Daha sonra isə loqonun tərtibatçısı çıxış edib. A.Yunisov loqoda Azərbaycan xalqının birinci dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəs və istəyini ifadə etdiyini qeyd edib: "Fikirdə və idmanda yenilikçi və ilhamlandırıcı olmaq istədim".

Daha sonra olimpiya çempionları və loqonun tərtibatçısı jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə