Azad Rəhimov Avropa Olimpiya Oyunlarının 43-cü Baş Assambleyasının Bakıda keçirilməsi haqında danışdı

Azad Rəhimov Avropa Olimpiya Oyunlarının 43-cü Baş Assambleyasının Bakıda keçirilməsi haqında danışdı

"Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə azərbaycanlı nümayəndənin üzv seçilməsi ölkəmizin idman tarixində ilk dəfə baş verən önəmli bir hadisədir". Siasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov AzərTAc-a açıqlamasında deyib.

Nazir qeyd edib ki, Azərbaycanda idman sahəsində əldə olunan nailiyyətlər, ölkəmizin bir çox mötəbər yarışlara ev sahibliyi etməsi və bu istiqamətdə qazandığı təcrübə göz qabağındadır. Məhz bu səbəbdən Avropa Olimpiya Komitəsi həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Avropa Olimpiya Oyunlarının 43-cü Baş Assambleyasının Bakıda keçirilməsinə münasibət bildirən Azad Rəhimov vurğulayıb ki, bu qərar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkili və bu tədbirlərdə qazandığımız uğurlar ölkə idmanının inkişafının göstəricisidir.
Qeyd olunub ki, Avropa Olimpiya Oyunlarının 43-cü Baş Assambleyasının iştirakçıları Bakıda aparılan islahatlarla yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə