Topaz Premyer Liqasının 14-cü turunun açılış oyununda "Bakı" doğma meydana "Xəzər Lənkəran"la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, İlk hissəsi qolsuz başa çatan qarşılaşmanın taleyini paytaxt klubu futbolçularının ikinci hissədə vurduğu üç qol həll edib-3:0.
"Bakı" – "Xəzər Lənkəran" 3:0
Qollar: Cavid Hüseynov 66, Risto Ristoviç 70, Mindauqas Kalona 83
"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak mətbuat konfransına qatılmadığına görə, yalnız "Bakı" klubunun baş məşqçisinin fikirlərini nəzərinizə çatdırırıq:
Milinko Pantiç, "Bakı" klubunun baş məşqçisi: "Komandamdan çox razıyam, qələbəyə görə çox şadam. "Xəzər Lənkəran"da fərdi baxımdan çox yaxşı futbolçular toplanıb. Bu gün 3 gənc futbolçuya oynamaq şansı verdim. Bu futbolçular ölkənin gələcəyidir. Vüqar Mustafayev debüt oyununda gözəl oynadı. Çox qol epizodumuz oldu, yararlana bilmədik. Lakin ikinci hissədə üç qol vuraraq qələbə qazandıq. "Bakı" klubunda futbolçuların məvacib almaması haqqında şaiyələr yalandır. Bizim klubun çox yaxşı prezidenti var, hər ay əmək haqqımızı alırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB