Bu gün Əbu-Dabidə cüdo üzrə Qran-pri yarışları start götürür. Siasport.az saytının məlumatına görə, yarışların ilk günündə Azərbaycanın 8 cüdoçusu çıxış edəcək.
İlqar Müşkiyev (60 kq) ilk görüşdə Qırğızıstan nümayəndəsi Serjan Abeyov ilə qarşılaşacaq, Orxan Səfərov isə mübarizəyə ikinci raunddan başlayacaq. Onun rəqibi Damiyen Ziade (Liviya) – Kamel Haraune (Əlcəzair) görüşünün qalibi olacaq.
66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə sloveniyalı Andras Jereblə qarşılaşacaq, Tərlan Kərimov isə rusiyalı Mixail Pulyayevi məğlub etməyə çalışacaq.
73 kq çəki dərəcəsində Rüstəm Orucovun rəqibi britaniyalı Patrik Douson, Vüqar Bayramovun rəqibi isə Almaniya təmsilçisi İqor Vandtke olacaq.
Qadınların yarışlarında Aişə Qurbanlının (48 kq) ilk rəqibi əlcəzairli Sabrina Saidi olacaq. Kifayət Qasımovanı (57 kq) isə çinli Yanq Liu ilə mübarizə gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB