"Simurq" "Sumqayıt"la oyuna hazırdır

"Simurq" "Sumqayıt"la oyuna hazırdır
"Simurq" bu gün Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt"ın qonağı olacaq. Siasport.az saytının məlumatına görə, dünən qarşılaşmanın oynanılacağı stadionunda son hazırlığını keçən komanda görüşə tam hazırdır.

Bir saata yaxın məşq edən Georgi Çixradzenin yetirmələri əsasən qısa ötürmələr və qapıya zərbələri yerinə yetiriblər. Heyətdə cəzalı və zədəli futbolçunun olmaması qarşılaşma öncəsi məşqçilər korpusunu sevindirən amillərdəndir.

Qeyd edək ki, "Sumqayıt" - "Simurq" oyunu bu gün saat 17:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня