Güləşçilər Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

Güləşçilər Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

Güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsinin iştirakçıları noyabrın 22-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Siasport.az saytının məlumatına görə, idmançılar Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş Ulu Öndərin xatirəsini ehtiramla anıb, onun abidəsi önünə əklil və gül dəstələri qoyublar. Turnir iştirakçıları abidə önündə xatirə şəkli də çəkdiriblər.

Qeyd edək ki, Bakıda keçirilən güləş üzrə "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsində 32 ölkədən 400-ə yaxın ən güclü pəhləvan mübarizə aparır. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu yarış Beynəlxalq Güləş Federasiyasının təqvim planında olan ən mühüm yarışlardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə