Xəbər verdiyimiz kimi, noyabrın 23-24-ü "Baku World Challenge" avtoyarışlarının finalı keçiriləcək. Siasport.az saytının məlumatına görə, avtorallinin rəsmi "facebook" və "YouTube" səhifələrində yarışın Bakıda keçirilməsi ilə bağlı ətraflı məlumat yerləşdirilib.
Yarışda 14 beynəlxalq komanda və 30 avtomobil iştirak edəcək. Bundan əlavə, final çərçivəsində "15 F1" tarixi maşınlarının da nümayişi gözlənilir.
Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayraq Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçiriləcək. Mütəxəssislərin fikrincə, yolun həm geniş, həm də dar döngəli olması yarışı daha da maraqlı edəcək. Ralli iştirakçıları Bakıya gəlməmişdən əvvəl artıq xüsusi simulyator proqramı ilə bu yolun özəlliyini də öyrəniblər.
Final yarışı "Eurosport" telekanalı ilə Avropa, Yaxın Şərq, həmçinin Avstraliya, Asiya, Amerika və Afrikada canlı yayımlanacaq. Bu yarış Bakının dünyada tanıdılması üçün də yaxşı fürsətdir. Yarışlara biletləri şəhərimizin kassalarından almaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB