"Çelsi" futbol klubunun keçmiş baş məşqçisi Roberto Di Matteo, futbol üzrə İtaliya millisini çalışdırmaq istədiyini elan edib. Siasport.az saytı Türkiyənin nüfuzlu "Milliyet" qəzetinə istinadən xəbər verir ki, "Çelsi" ilə UEFA Çempionlar Liqasını qazanan 43 yaşlı gənc futbol mütəxəssisi, "Sport Mediya Sert" nəşrinə açıqlama verən bacarıqlı futbol mütəxəssisi bildirib ki, gələn il bu fikrinin reallaşması üçün lazım olan addımları atmaq niyyətindədir. R.D.Matteo bildirib ki, o İtaliya millisi ilə böyük uğurlara imza atacaqına əmindir. Qeyd edək ki, hazırkı baş məşqçi Prandellinin gələn il keçiriləcək Dünya Çempionatı bitəndən sonra milli komandanın sükanı arxasından gedəcəyi ilə bağlı açıqlamasından sonra bir çox italyan futbol mütəxəssislərinin adı bu posta əsas namizəd kimi çəkilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB