Kamran Ağayev: "Xaricdə oynamaq istəyim var"

Kamran Ağayev: "Xaricdə oynamaq istəyim var"
Futbol üzrə Azərbaycan yığmasının və "Bakı"nın qapıçısı Kamran Ağayev özünün Avropaya yollanmağı barədə fikrini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, millimizin qolkiperi azerisport.az saytına açıqlamasında Avropada futbol oynamaq istəyini elan edib: "Mənə əvvəlki tək təkliflər var. Ancaq bu halda mən onları nəzərdən keçirə bilmərəm. Zədəli Kamran heç kimə gərək deyil. Mənim "Bakı" ilə müqaviləm var və mən hələ ki komandanın gələcək qələbələri haqda düşünürəm. Bununla belə xaricdə oynamaq istəyim var. Bunlar sadəcə söz deyil. Mən o kəslərdən deyiləm ki, Vətəndə pulun olduğunu görüb, xaricdə özünü əziyyətə salmağın mənasızlığını düşünsün. Mən xaricə getməyi gediş üçün etmirəm. Yalnız yaxşı komandaya keçə bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə