"Beşiktaş"ın portuqaliyalı ulduz futbolçusu Huğo Almeyda, İspaniya mətbuatına maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Portuqaliya millisinin üzvü olan istedadlı futbolçu, İstanbul klubu ilə yeni müqavilə imzalamağa tələsmədiyini deyib. O, bunun üçün hələ uzun vaxt olduğunu deyərək, koryerasını İspaniya La Liqasında davam etdirmək istəyini də gizlətməyib. Bunun üçün heç bir La Liqa klubundan hələ heç bir təklif almadığını deyən portuqaliyalı futbolçu, gələcəkdə İspaniyada futbol oynamaq istəyinin olduğunu da gizlətməyib. Həmyerlisi Kriştiyanu Ronaldonun "qızıl top" mükafatına layiq olduğunu deyərək, buna sübut kimi futbol üzrə İsveç millisinin qapısına vurduğu qolalrı və göstərdiyi əzmkar oyunu göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB