Arif Əsədov artıq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi deyil. Siasport.az saytı xəbər verir ki, AFFA-nın qərarı ilə millinin çalışdırıcısı Arif Əsədovun yığma ilə müqaviləsi bitdiyi üçün onun yerinə komandaya Nikolay Adam gətirilib. Xatırladaq ki, N.Adam bunadək 17 yaşadək futbolçulardan ibarət milli komandamızda çalışıb. O, həmçinin AFFA tərəfindən təşkil edilən məşqçi kurslarında da seminar keçir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB