Messi Arda Turanı və "Atletiko"nu təriflədi

Messi Arda Turanı və "Atletiko"nu təriflədi

"Qızıl Buts"un son sahibi olan Leonel Messi, sən demə türkiyəli futbolçu Arda Turanın heyranı imiş. Siasport.az saytı xəbər verir ki, "Barselona"nın argentinalı ulduz futbolçusu İspaniya mətbuatına verdiyi açıqlamada həm türkiyəli futbolçu, həm də son illər sürətlə güclü kluba çevrilən Madrid "Atletiko"su barədə fikirlərini açıqlayıb: "Onların bu səviyyəyə qalxacağını kimsə gözləmirdi. Amma ötən mövsümdən başlayaraq bütün turnirlərdə ən yüksək yerdə olmaq üçün çalışırlar. Klubun baş məşqçisi Dieqo Simeone böyük işlər görür. Arda Turan ustalıq səviyyəsini bütün matçlarda çox yaxşı şəkildə göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə