DÇ-nin final mərhələsində iştirak edəcək sonuncu komanda müəyyənləşib

DÇ-nin final mərhələsində iştirak edəcək sonuncu komanda müəyyənləşib
Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək sonuncu komanda müəyyənləşib. Siasport.az saytının məlumatına görə, son iştirakçı Uruqvay - İordaniya oyunundan sonra bəlli olub. Matçda qapılara qol vurulmayıb. İlk oyunda qeydə alınan 5:0 hesablı nəticə Uruqvayı dünya çempionatının iştirakçısı edib.

Ümumilikdə 32 komandadan Avropa zonasından 13, Cənubi Amerikadan 6, Şimali Amerikadan 4, Asiyadan 4, Afrikadan 5 yığma komanda dünya çempionatında iştirak edəcək.

Uruqvay – İordaniya 0:0
(ilk oyun – 5:0)

Bütün xəbərlər Facebook səhifəmizdə