"Bakı” - ”Xəzər Lənkəran”: prevyu STATİSTİKA

"Bakı” - ”Xəzər Lənkəran”: prevyu STATİSTİKA

Milli komandaların oyunları ilə bağlı yaranan fasilə sona çatdı və bu həftə "Xəzər Lənkəran"ı növbəti paytaxt səfəri gözləyir. Siasport.az saytının məlumatına görə, komanda cümə günü "Bakı"nın qonağı olacaq.

Çempionatda balans

İndiyə qədər bu iki komanda ölkə çempionatında 25 oyun keçirib. Tərəflərin hərəsi 7 dəfə meydandan qalib ayrıldığı halda, ən çox qeydə alınan nəticə heç-heçə olub. "Xəzər Lənkəran" və "Bakı" 11 çempionat oyununda meydandan sülhlə ayrılıb. Vurulan qollarda isə "Xəzər Lənkəran"ın üstünlüyü var - 26:22.

"Bakı" - "Xəzər Lənkəran" 2:2 (21.10.2011). Paytaxt klubunun təlim-məşq bazasının stadionunda keçirdiyi ilk oyun.

Ağır səfər

Statistika "Bakı" ilə səfər oyunlarının "Xəzər Lənkəran" üçün çətin keçdiyini göstərir. Çempionat çərçivəsində bu rəqibin meydanında baş tutan 12 oyunda "Xəzər Lənkəran" 7 dəfə heç-heçə edib, 4 dəfə məğlub olub və yalnız bir dəfə qələbə qazanıb.

"Bakı" - "Xəzər Lənkəran" 0:3 (29.11.2009). Mario Souzanın qolu

Oxşar nəticələr

"Xəzər Lənkəran" və "Bakı"nın hazırkı mövsümdə son matçlarının statistikasında bir çox oxşarlıqlar var. Belə ki, hər iki komanda Premyer Liqanın son 5 turunda bir qələbə qazanıb, iki heç-heçə edib və iki dəfə məğlub olub.

Hər iki klub bu turlar ərzində yeganə qələbəni "Simurq" üzərində qazanıb. Bundan əlavə, bu həftə üz-üzə gələcək rəqiblər ötən beş matç ərzində yalnız bir dəfə qolsuz heç-heçə etməklə, qapısını toxunulmaz saxlayıb.

Digər məqamlar

Geridə qalan turlar ərzində 7 dəfə qapısında 2 və daha çox qol görən "Bakı" digər tərəfdən çempionatda vurduğu qolların sayına görə yalnız "Qarabağ"dan geri qalır - 22.

Komandaların bu mövsüm 6-cı turda Lənkəranda baş tutan qarşılaşması "Xəzər Lənkəran"ın Premyer Liqada ilk qələbəsi, klub tarixində 400-cü çempionat qolu, Mbilla Etamenin ilk qolu və dublu ilə yadda qalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə