Varşavada Avropa Şahmat İttifaqının (AŞİ) illik Baş Assambleyası keçirilib. Siasport.az saytının məlumatına görə, Assambleyanın yekunlarına görə qərara alınıb ki, gələn il Norveçin Tromsyo şəhərində keçiriləcək növbəti Assambleyada Avropa klubları Kubokunun formatı dəyişdiriləcək. Səkkiz aparıcı komanda, o cümlədən Azərbaycan yığması üçün Avropa Yüksək liqası yaradılacaq, qalan kollektivlər isə əvvəlki kimi yarışacaqlar.
Bu təklif Avropa Şahmat İttifaqının prezidenti Silvio Danailov tərəfindən irəli sürülüb və Assambleyanın iştirakçıları tərəfindən dəstəklənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB